2020-03-16
Vyetnam Sosialist Respublikası, Kamboca Krallığı və Laos Xalq Demokratik Respublikasında müvəqqəti və daimi yaşayan, həmçinin müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının NƏZƏRİNƏ!

AZƏRBAYCAN RESPUBLİKASININ VYETNAM SOSİALİST RESPUBLİKASINDA, KAMBOCA KRALLIĞINDA VƏ LAOS XALQ DEMOKRATİK RESPUBLİKASINDAKI SƏFİRLİYİ

 

Vyetnam Sosialist Respublikası, Kamboca Krallığı və Laos Xalq Demokratik Respublikasında müvəqqəti və daimi yaşayan, həmçinin müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının

NƏZƏRİNƏ!

Hörmətli həmvətənlər,

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə, o cümlədən Səfirliyin akkreditə olduğu ölkələrdə sürətlə yayılması müşahidə edilməkdədir. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

-          Yaşadığınz ölkənin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izləmilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi;

-          Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi;

-          Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili tibbi müayinədən keçməsi. Təcili tibbi müayinədən keçmək üçün aşağıdakı tibb müəssisələrinə müraciət etməyiniz tövsiyə olunur:

Hanoy şəhərindəki Gigiyena və Epidemiologiya İnstitutu;

Ho Chi Minh şəhərindəki Lui Paster adına İnstitut;

Nha Trang şəhərindəki Lui Paster adına İnstitut;

Dak Lak əyalətindəki Lui Paster adına İnstitut;

-          Bu məqsədlə Səfirlik tərəfindən müəyyən edilmiş “qaynar xətt” ilə (Emin Nadirov +84888120236) əlaqə saxlanılması.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə Azərbaycan Respublikasının vətəndaşlarının müraciətləri yalnız aşağıda qeyd olunan elektron poçt və telefon vasitəsilə qəbul olunur.

Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatına alınmaları üçün müraciət etmələri (Emin Nadirov +84888120236; email: hanoi@mission.mfa.gov.az; az.emb.hanoi@gmail.com; Səfirliyin şəhər telefon nömrələri: +84247379011; +84247379012; fax: +84247379013; website: hanoi.mfa.gov.az) tövsiyə olunur.

 

əvvəlki xəbər