Azərbaycan-Kamboca münasibətləri

Qısa tarixi məlumat:
 
23 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında
fövqəladə və səlahiyyətli səfiri A.L.İmanov iqamətgahı Hanoy şəhərində olmaqla, eyni
zamanda Kamboca Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin
olunmuşdur. 12 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Kamboca Krallığındakı
səfiri A.İmanov etimadnaməsini bu ölkənin Kralı  əlahəzrət Norodom Sihamoniyə
təqdim etmişdir.  

 
Yüksək səviyyəli qarşılıqlı səfərlər:

21-23 aprel 2014-cü ildə Kamboca Krallığının Baş Naziri Hun Senin Azərbaycana səfər
etmişdir.

 
21-24 noyabr 2012-ci il tarixində Kamboca Krallığının Baş nazirinin müavini cənab
Sok Annın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Asiya siyasi
partiyalarının 7-ci Baş Assambleyasının beynəlxalq konfransında iştirak etmək məqsədi
ilə Azərbaycanda səfərdə olmuşdur.
 
Digər səfərlər:

4-6 aprel 2014-cü ildə Kamboca Krallığının Xarici İşlər Nazirliyinin Dövlət Katibi
(Nazir müavini) Ouch Borithin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə
olmuşdur. Səfərin məqsədi cari ilin 21-23 aprel tarixlərində Kamboca Krallığının Baş
Naziri Hun Senin Azərbaycana planlaşdırılan səfərə dair hazırlıq işlərin aparılması
olmuşdur.
 

22-23 iyun  2012-ci  ilin  tarixində Bakıda keçirilmiş “Asiya Siyasi Partiyalarının
Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci iclası”nda iştirak etmək məqsədilə
Kamboca Hökumətinin məsləhətçisi, Kambocanın FUNCİNPEC partiyasının sədri Keo
Puthreasmey Azərbaycanda səfərdə olmuşdur.

10-13 fevral 2008-ci il tarixində Kamboca Krallığının iqtisadiyyat və maliyyə nazirinin
müavini Hang Chuon Naron Azərbaycanda səfərdə olmuşdur.
  
Müqavilə-hüquq bazası:
İki ölkə arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu
imzalanmışdır.
 
 
 Son yenilənmə tarixi: 13.08.2014